Prezidentin qayınanası qaçırıldı: 36,5 milyon ABŞ dolları tələb edirlər

Prezidentin qayınanası qaçırıldı: 36,5 milyon ABŞ dolları tələb edirlər

“Formula-1” avtoyürüşləri üzrə dünya çempionatının prezidenti Berni Ekklstounun qayınanası qaçırılıb.

Fanat.az xəbər verir ki, qadın San Pauluda qaçırılıb və onun qaytarılması üçün 120 milyon Braziliya realı (36,5 milyon ABŞ dolları) tələb edilir.

Tələb olunan məbləğ Braziliya tarixindəki ən böyük məbləğdir. Qaçırılan Aperiside Şunk Formula1-in kommersiya başçısı Berni Ekklstounun 3-cü arvadı Fabiana Flozinin anasıdır. Cütlük 2009-cu ildə Braziliya Qran Prisində tanış olub, 2012-ci ildə evlənmişdi.

Qeyd edək ki, belə bir hal Berninin başına ilk dəfə gəlmir. 2012-ci ildə Martin Pekham Ekklstouna 200 min funt sterlinq verməsə qızı Tamaranı qaçıracağını bildirmişdi. O, bu hədəyə görə 5 il azadlıqdan məhrum edilmişdi. (f-1.az)

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər