Konfrans Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Olimpik Marsel"ə məğlub olan (1:2) PAOK-un baş məşqçisi Razvan Luçeskunun mətbuat konfransındakı açıqlamaları böyük səs-küyə səbəb olub.
Fanat.Az Fransa mətbuatına istinadən xəbər verir ki, Marsel klubunun prezidenti Pablo Lonqoriya rumın məşqçini stadionda axtarıb taparaq ondan ifadələrinə görə izahat istəyib.
Klub prezidenti ona “məsuliyyətsiz” deyib və açıqlamalarının qəbuledilməz olduğunu bildirib. O, Luçeskunu vəziyyəti sakitləşdirmək əvəzinə, "odun üstünə yağ tökmək"də suçlayıb.
Qeyd edək ki, Razvan Luçesku "Olimpik Marsel" azarkeşlərinin davranışından qıcıqlandığını bildirərək qarşı tərəfə mesaj göndərib: “Salonikiyə azarkeşsiz gəlsəniz, daha yaxşı olar" .
Mirağa