Poqba Zidanın təyinatını gözləyir

Poqba Zidanın təyinatını gözləyir

Pol Poqba PSJ-yə keçə bilər.

Fanat.Az "RMC Sport"a istinadən xəbər verir ki, Zinəddin Zidanın baş məşqçi təyinatı reallaşarsa, 29 yaşlı yarımmüdafiəçi böyük ehtimalla, Paris klubuna üz tuta bilər.

Zidan Pol haqqında yüksək fikirdədir və onu vaxtilə "Real Madrid"də görmək istəyirdi. İndi də Poqba parislilərlə danışıqlara başlamaq üçün Zinəddinin PSJ-yə rəsmi təyinatını gözləyir.

Zidanın PSJ ilə prinsipial razılığa gəldiyi və onun tezliklə Maurisio Poçettinonu əvəz edəcəyi bildirilir.

Qeyd edək ki, Poqba "Mançester Yunayted"i azad agent qismində tərk edir. O, bu mövsüm Premyer Liqada çıxdığı 20 oyunda 1 qol vurub və 9 məhsuldar ötürmə edib. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər