Polşada yarışacaq gimnastlarımız müəyyənləşdi

Polşada yarışacaq gimnastlarımız müəyyənləşdi

Bu gün Polşanın Krakov şəhərində start götürəcək batut gimnastikası və tamblinq üzə 10-cu Vavel beynəlxalq turnirinə qatılacaq Azərbaycan idmançıları bəlli olub.

Federasiyadan Fanat.Az-a verilən məlumata görə, yarışda ölkəni milli komandanın 10 üzvü təmsil edəcək.

Tamblinq növündə Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Fərhad Mustafayev, batut gimnastikasında isə Ammar Baxşaliyev, İbrahim Mustafazadə, Əli Niftəliyev və Nicat Mirzəyev qüvvəsini sınayacaq.

Qeyd edək ki, turnirə aprelin 4-də yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər