Poçettino Qallaherin gedə biləcəyini təsdiqlədi

Poçettino Qallaherin gedə biləcəyini təsdiqlədi

"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino komandanın yarımmüdafiəçisi Konor Qallaherin "Tottenhem"ə keçə biləcəyinə eyham vurub.

Fanat.Az xəbər verir ki, "Sky Sports" onun dediklərini belə çatdırıb:

"Hə, biz onunla bir sıra məsələləri müzakirə etmişik. Bu, normaldır. Konorla mövcud vəziyyət barədə danışdıq. Başqa klubların maraqlandığı bütün oyunçularla söhbət edirəm. Fikrimcə, məşqçilər üçün futbolçularla açıq danışmaq çox vacibdir".

Xatırladaq ki, İngiltərə mətbuatında "Tottenhem"in 23 yaşlı Konorun transferi üçün "zadəganlar"la danışıqlara başladığı barədə məlumatlar yayılıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər