Poçettino Nkunkunu niyə oynatmadığını dedi

Poçettino Nkunkunu niyə oynatmadığını dedi

"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino İngiltərə Premyer Liqasının 17-ci turu çərçivəsində "Şeffild Yunayted"ə qarşı keçirdikləri matçda (2:0) Kristofer Nkunkuya niyə şans vermədiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, BBC onun sözlərini belə çatdırıb:

"Risk etmək istəmədik. Nkunkunun bərpası üçün daha çox vaxt verdik".

Qeyd edək ki, yayda "Leyptsiq"dən "Çelsi"yə keçən və hazırlıq matçında xəsarət alan 26 yaşlı Nkunku bu mövsüm meydana çıxmayıb.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər