Pley-off cütləri müəyyənləşdi

Pley-off cütləri müəyyənləşdi

Region Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Fanat.Az xəbər verir ki, bu mərhələdə 6 oyun baş tutacaq.

Yarışın əsas favoritlərindən "Xan Lənkəran" pley-offda "Şirvanovka" ilə üz-üzə gələcək. "Cəbrayıl" isə "İmişli" ilə mübarizə aparacaq.

Pley-off cütlərini təqdim edirik:

"İmişli" - "Cəbrayıl" "Energetik" - "Ümid" "Ağsu Siti" - "Karvan" "Qusar" - "Ağstafa" "Astara" - "Füzuli" "Xan Lənkəran" - "Şirvanovka" 1/4 final   1-ci cütünün qalibi - 2-ci cütünün qalibi 3-cü cütünün qalibi - 4-cü cütünün qalibi 5-ci cütün qalibi – 6-cı cütün qalibi Qeyd edək ki, mərhələnin ilk oyunları 26-27 mart tarixlərində keçiriləcək. Naxçıvan Region Liqasının qalibi İSƏ 4-cü komanda kimi yarımfinala vəsiqə qazanacaq. Yarımfinal və final qarşılaşmaları bir oyundan ibarət olmaqla neytral meydanda təşkil olunacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər