Pirlonun yeni iş yeri rəsmən açıqlandı

Pirlonun yeni iş yeri rəsmən açıqlandı

"Sampdoriya"nın yeni baş məşqçisi bəlli olub.

Fanat.Az xəbər verir ki, sözügedən komandanı bundan sonra Andrea Pirlo çalışdıracaq.

Bu barədə B Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

44 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Pirlo məşqçilik karyerasına futbolçu kimi çıxış etdiyi "Yuventus"da başlayıb. Onun son iş yeri isə Türkiyə "Fatih Karagümrük"ü olub.

Xatırladaq ki, “Sampdoriya” İtaliya A Seriyasının son mövsümünü sonuncu - 20-ci pillədə başa vurub və B Seriyasına yuvarlanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər