Pirlo "Fatih Karagümrük"ü seçməsinin səbəbini açıqladı

Pirlo "Fatih Karagümrük"ü seçməsinin səbəbini açıqladı

Türkiyənin "Fatih Karagümrük" klubunun baş məşqçisi Andrea Pirlo Türkiyənin ortabablarından sayılan komandanın baş məşqçisi olmağa qərar verməsinin səbəbini açıqlayıb.

Fanat.Az xəbər verir ki, "Football Italia" mütəxəssisin söylədiklərini belə çatdırıb:

"Birillik fasilədən sonra hər şeyə yenidən başlamaq mənim üçün çox önəmli idi. Həm İtaliya təmsilçiləri, həm də bir sıra xarici klublarla danışıq aparmışıq. Ancaq "Fatih Karagümrük"ün hədəfləri barədə məlumat alandan sonra Türkiyəyə gələrək bu komandanı çalışdırmalı olduğumu anladım. Bu klubla planlarımız üst-üstə düşür".

Xatırladaq ki, "Fatih Karagümrük" son mövsüm Super Liqa mübarizəsini 8-ci yerdə bitirib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər