"Milan"ın baş məşqçisi Stefano Pioli 40 yaşlı hücumçu Zlatan İbrahimoviçin komanda üçün əhəmiyyətini yüksək qiymətləndirib.
Fanat.Az "Sky İtalia"ya istinadən xəbər verir ki, Pioli futbolçunun bu gün də matçlarda fərq yarada biləcəyini düşünür.
“Hazırda Zlatan müsait deyil, amma o, bizimlə daim əlaqə saxlayır. O, hələ də fərq yaratmağa qadir olan əsl çempiondur. Amma indi əsas odur ki, o, yaxşılaşır. Onun heyrətamiz texnikası və bənzərsiz futbol intellekti var.
Emin