"Barselona"nın və İspaniya yığmasının futbolçusu Xerard Pike Kataloniyada keçirilən və qeyri-qanuni elan edilən müstəqillik referendumuna verdiyi dəstəyə görə yaranan söz-söhbətlərə cavab verib.
Fanat.Az xəbər verir ki, Pike La Liqanın VII turu çərçivəsində keçirilən "Barselona" - "Las Palmas" görüşündən sonra jurnalistlərə açıqlama verib və göz yaşlarını saxlaya bilməyib.
Kataloniyanın müstəqillik tələbinə dəstək verən futbolçu "Katalonam, özümü belə hiss edirəm. Bu gün Katalon xalqı ilə həmişəkindən daha çox fəxr etdim. Çünki son 7 ildə heç bir qarşıdurma yaşanmadı, lakin bu gün polis insanlara hücum etdi. İspaniya milli komandasında bu gündən sonra da oynaya biləcəyimə inanıram, İspaniyada Kataloniyada baş verənləri düzgün hesab etməyən demokratiya tərəfdarları var. İspaniyaya aid şəxsiyyət vəsiqəm, pasportum var, həmçinin yaxşı oyun sərgiləyə biləcəyim halda, burda qala biləcəyimə inanıram. Milli komandada oynamaq vətənpərvərlik məsələsi deyil, sadəcə, meydana çıxıb bacardığını etmək lazımdır. Baş məşqçi Julen Lopeteqi və ya federasiya məni problem hesab etsə, milli kariyeramı 2018-ci ilin əvvəlində bitirə bilərəm" deyib.
Qeyd edək ki, Pikenin adı DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 6-da Albaniya və 9-da İsraillə keçiriləcək oyuna dəvət olunan futbolçuların siyahısına salınıb.
Gülşən
Fanat.Az