PFL KİV nümayəndələrinə səsləndi: Mətbuata “yaşıl işıq”

PFL KİV nümayəndələrinə səsləndi: Mətbuata “yaşıl işıq”

Peşəkar Futbol Liqası (PFL) KİV nümayəndələrinin oyunlardan sonra futbolçulardan açıqlama almaqla bağlı yaranmış problemlərini nəzərə alaraq, UEFA-nın “Futbola qayıdış” protokoluna əsasən mövcud təlimatlarda dəyişiklik edib.

Fanat.Az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, oyundan sonra hər iki komandanın baş məşqçisinin iştirakı ilə keçirilən mətbuat konfransının ardınca hər klubun meydanda olmuş ən azı 1 futbolçusunun (say jurnalistlərlə klubların mətbuat xidmətinin rəhbərinin razılığı ilə artırıla bilər) stadionun konfrans zalı otağında, pandemiya qaydalarını qorumaq şərtiylə KİV nümayəndələrinə açıqlama verməsi tövsiyə olunur.

Açıqlama verəcək futbolçunun kimliyini klubların mətbuat xidməti müəyyənləşdirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər