PFL bir oyunu ertələdi

PFL bir oyunu ertələdi

Futbol üzrə Azərbaycan I Divizionda III turun oyun cədvəli açıqlanıb.

Fanat.Az xəbər verir ki, tur sentyabrın 28-i başlayıb oktyabrın 4-də yekunlaşacaq. Buna səbəb "Qələbə-2"-nin oyununun ertələnməsi olub. "Qəbələ" U-19 komandasının UEFA Gənclər Liqasına daha yaxşı hazırlaşmasını nəzərə alaraq, "Keşlə-2" ilə oyunun 28 sentyabr tarixdən 4 oktyabr tarixə keçirilməsini xahiş edib. "Keşlə"nin razılığını alan Peşəkar Futbol Liqası müraciəti müsbət cavablandırıb.  

Onu da qeyd edək ki, “Zirə-2” – MOİK görüşündən başqa, turun bütün qarşılaşmaları I Divizionun "Youtube" kanalında canlı yayımlanacaq.

28 sentyabr (çərşənbə axşamı)

“Kəpəz” – “Qarabağ-2” Gəncə şəhər stadionu, 15:00

“Neftçi-2” – “Qaradağ Lökbatan” Türk Hava Yolları Futbol Mərkəzi (ehtiyat meydança), 16:00

29 sentyabr (çərşənbə)

“Turan Tovuz” – “Sabah-2” Tovuz şəhər stadionu, 15:00

“Səbail-2” – “Zaqatala” “ASCO Arena”, 16:00

“Zirə-2” - MOİK “ASK Arena”, 15:00

4 oktyabr (bazar ertəsi)

“Keşlə-2” – “Qəbələ-2” “ASK Arena”, 15:00

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər