Florentino Peres şantaj olunub - Qalmaqalın təfərrüatları

Florentino Peres şantaj olunub - Qalmaqalın təfərrüatları
Ötən gün "El Confidencial" nəşri "Real Madrid"in prezidenti Florentino Peresin telefonda komandanın sabiq futbolçularını təhqir etdiyi səs yazısını yayıb. 
 
Fanat.Az xəbər verir ki, bu gün qalmaqalın yeni təfərrüatları üzə çıxıb. 
 
"Onda Cero"nun yaydığı xəbərə görə, "Real Madrid" rəhbərliyi belə bir səs yazısının mövcudluğundan xəbərdar imiş. 2011-ci ildə jurnalist Xose Antonio Abelian klubun vitse-prezidenti ilə görüşüb və 10 milyon avro qarşılığında səs yazısını yox edəcəyini bildirib. Lakin klub şantajçının şərtlərini qəbul etməyib. 
 
Bir müddət sonra Abelian səs yazısını "AS" da daxil olmaqla bir çox idman nəşrinə təklif edib, lakin etik səbəblərdən və məhkəmə çəkişməsindən ehtiyat edən mətbuat orqanları səs yazını yaymaq istəməyib.
 
Üstündən bir neçə il keçdikdən sonra Abelian yenə hücuma keçib və "El Confidencial" nəşrini Peresin qalmaqallı sitatlarını dərc etməyə razı salıb.
 
Xatırladaq ki, səs yazısında Peres komandanın əfsanələri Raul Qonzales və Iker Kasilyası "klub tarixinin ən böyük fırıldaqçıları" adlandırıb. Digər səs yazısında isə klubun sabiq hücumçusu Kriştianu Ronaldu və keçmiş baş məşqçisi Joze Mourinyunu təhqir edib. 
 
Emin Şəmsiyev
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər