“Pekinə gedənlərdən 20-30 faizi xəstələnib” - MOK rəsmisi

“Pekinə gedənlərdən 20-30 faizi xəstələnib” - MOK rəsmisi

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə açıqlama verib.

Fanat.Az xəbər verir ki, Hüseynzadə, Çinin paytaxtı Pekində keçiriləcək Qış Olimpiya Oyunları barədə jurnalistlərə açıqlamasında, ora yollanan idmançılardan 20-30 faizinin xəstələndiyini deyib:

“Pekinə gedənlərdən 20-30 faizi xəstələnib, karantinə düşüblər. Arzu edirəm ki, bizim idmançılara heç nə olmasın. Çünki təyyarədə yoluxma baş verə bilər. Ümidimiz onadır ki, sağ-salamat gedib qayıtsınlar”.

Pekin olimpiadası 4-20 fevralda keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər