Pekin-2022: Paralimpiyaçımız zədələndi, yarışa çıxa bilmədi

Pekin-2022: Paralimpiyaçımız zədələndi, yarışa çıxa bilmədi

Azərbaycan idmançısı Mehman Ramazanzadə Çinin paytaxtı Pekində keçirilən Qış Paralimpiya Oyunlarında çıxış edə bilməyib.

Fanat.Az xəbər verir ki, kross-kantri növünün sprint kateqoriyasında qüvvəsini sınamalı olan Ramazanzadə isinmə hərəkətlərində zədələndiyi üçün yarışa qoşula bilməyib. Üzündən və çiynindən xəsarət alan paralimpiyaçı meydanı xərəkdə tərk edib. Onun son durumunun yaxşı olduğu bildirilib.

Qeyd edək ki, Pekin-2022 Qış Paralimpiya Oyunlarına martın 13-də yekun vurulacaq. Azərbaycan yarışda bir paralimpiyaçı ilə təmsil olunmalı idi.

Pekin-2022: Paralimpiyaçımız zədələndi, yarışa çıxa bilmədi

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər