Pekin-2022: Daha 24 yoluxma

Pekin-2022: Daha 24 yoluxma

Pekin-2022 Qış Olimpiya Oyunları ilə bağlı daha 24 koronavirusa yoluxma faktı aşkarlanıb.

Fanat.Az xəbər verir ki, testi pozitiv çıxanlardan 16-sı Çinin paytaxtına gələn yığma üzvləridir. Onlardan 11-nin aeroportdakı testi müsbət nəticələnib. İnfeksiyaya yoluxan digər 8 nəfər isə təşkilatçılıqla bağlı çalışanlardır.

Yanvarın 23-dən sonrakı müddətdə 200 müsbət test qeydə alınıb. Onlardan 67-si idmançı və rəsmi şəxslərdir.

Qeyd edək ki, Olimpiada fevralın 4-dən 20-dək keçiriləcək. Azərbaycanı Oyunlarda fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabova təmsil edəcəklər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər