Pekin-2022: Açılışdan əvvəl daha 21 yoluxma

Pekin-2022: Açılışdan əvvəl daha 21 yoluxma

Pekin-2022 XXIV Qış Olimpiya Oyunlarında koronavirusa yoluxanların sayı artıb.

Fanat.Az yarışın Təşkilat Komitəsinə istinadən xəbər verir ki, açılış mərasimindən əvvəl daha 21 nəfərin testi pozitiv çıxıb. İnfeksiyaya yoluxanlardan 9-u idmançı və nümayəndə heyəti üzvləridir.

Qeyd edək ki, Pekin-2022-nin açılış mərasimi bu gün Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Oyunlar fevralın 20-dək davam edəcək. Azərbaycanı Olimpiadada fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabova təmsil edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər