"Barselona" yarımmüdafiəçisi Pedri barədə qərarını qətiləşdirib.
Fanat.Az xəbər verir ki, məlumatı "Radio Marca" yayıb.
Xəbərə görə, Kataloniya təmsilçisi 21 yaşlı futbolçunu bu yay satmaq niyyətindədir. Mənbə klub rəhbərliyinin sözügedən oyunçu ilə müqavilə yeniləmək üçün aparılan danışıqları da dayandırdığını vurğulayıb.
Qeyd edək ki, Pedrinin "blauqrana" ilə indiki anlaşmasının müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer qiymətini 80 milyon avro ilə dəyərləndirir.
Nihat