Paytaxt derbisi üçün qeyri-ənənəvi başlama vaxtı: 19:37- SƏBƏB NƏDİ?

Paytaxt derbisi üçün qeyri-ənənəvi başlama vaxtı: 19:37- SƏBƏB NƏDİ?

Azərbaycan Premyer Liqasının XXIII turunun oyun cədvəli bəllidi. Fanat.Az xəbər verir ki, millinin oyunlarıyla bağlı yaranacaq fasilədən öncəki turun matçları 18-19 mart tarixlərində keçiriləcək.

 

Turun “Neftçi” və “İnter” arasında mərkəzi oyunun start fiti turun ilk günündə veriləcək. Görüşün19:37-də başlamasında məntiq var. Bu “Neftçi”nin 1937-ci ildə martın 18-də yaranmasına görədi. Bakı derbisi “ağ-qaralar”ın 80 illiyinə təsadüf edəcək .

 

 

XXIII tur

18 mart (şənbə)

 

16:00. “Kəpəz” – “Sumqayıt”

Gəncə şəhər stadionu

 

19:37. “Neftçi” – “İnter”

8-ci km qəsəbə stadionu

 

19 mart (bazar)

 

15:30. AZAL – “Qəbələ”

“AZAL Arena”

 

18:30. “Zirə” – “Qarabağ”

Zirə İdman Kompleksinin stadionu

 

 

 

Qeyd edək ki, bütün oyunlar “CBC Sport” vasitəsiylə canlı göstəriləcək.

 

 

 

Fanat.Az

 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər