Pavel Paşayev "5" dedi

Pavel Paşayev "5" dedi
"Qəbələ"nin Pavel Paşayevlə müqavilə bağlaması barədə xəbər vermişdik. Millimizin müdafiəçisi "qırmızı-qaralar"la mövsümün sonunadək anlaşıb.
Fanat.az xəbər verir ki, artıq Paşayev "Qəbələ"də forma seçimini edib. Pavel "Qəbələ"də 5 nömrəli formanı geyinəcək. Onun adı sifariş ərizəsinə salınmaq üçün PFL-ə təqdim edilib.
Qeyd edək ki, bundan əvvəl 5 nömrəli formanı "Qəbələ"də rumın Georgi Floresku geyinirdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər