Pavel Paşayev oynamadı, komandası yenə uduzdu

Pavel Paşayev oynamadı, komandası yenə uduzdu
Ukrayna çempionatında XIV turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi "Metallurq" (Zaporojye) doğma meydanda "Aleksandriya" ilə qarşılaşıb. 
Matç futbolçumuzun komandasının 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Millimizin üzvünün adı bu görüşün də "18-liy"ində yer almayıb.
Qeyd edək ki, "Metallurq" geridə qalan turlarda cəmi 3 xal qazanıb və 14 klub arasında sonuncu pillədə qərarlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər