"Xəzər Lənkəran"la müqavilə bağlasa da, FIFA-nın qoyduğu transfer qadağası səbəbindən "ağ-yaşıl" formanı geyinə bilməyən Pavel Kapsanın yeni klubu müəyyənləşib. Fanat.az xəbər verir ki, polşalı qapıçı karyerasını vətənində davam etdirəcək.
Polşa mediasının məlumatına görə, Kapsa 1-ci liqada çıxış edən "Leqnitsa" klubuna keçib. 33 yaşlı qolkiperlə 1,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, karyerası ərzində Polşanın "Ostrovyets", "Visla", "Vidzev", "Leçiya", Cənubi Kiprin "Alki" və "Olimpiakos" klublarında oynamış Kapsa 2013-2015-ci illərdə "Simurq"da çıxış edib.
Fanat.az