Patrik Andradenin aqibəti necə olacaq? - SON DURUM

Patrik Andradenin aqibəti necə olacaq? - SON DURUM

"Qarabağ"ın yarımmüdafiəçisi Patrik Andradenin gələcək taleyi qeyri-müəyyəndir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, ağdamlılarla yeni sözləşmə ilə bağlı razılığa gələ bilməyən kabo-verdeli futbolçu hazırda özünə yeni klub axtarır.

Karyerasını Portuqaliya və Yunanıstan klublarında davam etdirmək variantları olan Andradenin agenti bu gün üçün heç bir klubla müqavilə şərtlərini razılaşdıra bilməyib. 

Ağdam klubuna "qiymət oxuyan" yarımmüdafiəçinin geri dönmək ehtimalı da var. Bu, yalnız Patrik və agenti "Qarabağ"ın görüş zamanı açıqladığı maddi şərtlərlə hesablaşacağı halda mümkün olacaq. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər