"Komandamızda əla ab-hava var. Bütün futbolçular həvəsli və motivasiyalıdır”.
Fanat.az xəbər verir ki, bu fikirləri "Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade klubun saytına Avstriya toplanışı barədə danışarkən səsləndirib.
Kabo-verdelifutbolçu Avstriyadakı hazırlıq prosesindəndanışıb: "Məşqlər istədiyimiz kimi gedir. Gündən-günə formaya düşürük. Oyun ritmimizə daha çox yaxınlaşırıq. Hazırlıq planlaşdırılan şəkildə davam edir. Avstriyada ikiyoldaşlıq oyunu keçmişik. Bu matçların komandaya faydası çox olacaq. Çatışmayan cəhətlərimizi müəyyənləşdirib, üzərində çalışacağıq. Ümid edirəm ki, rəsmi oyunlara tam hazır olacağıq.
Azarkeşlərin tribunalara qayıtmasına çox sevinirik. Futbol onlarla daha gözəldir. Fanatları qələbələrimizlə sevindirmək üçün bütün gücümüzü ortaya qoyacağıq".