Paşinyan yenə gülməli vəziyyətə düşdü - Bu dəfə canlı yayımda

Paşinyan yenə gülməli vəziyyətə düşdü - Bu dəfə canlı yayımda
Ermənistanın baş naziri Nikol Paşinyanın canlı bağlantısı uğursuz alınıb.
Fanat.Az xəbər verir ki, öz feysbuk səhifəsində canlı yayıma qoşulan baş nazirin səsi gəlməyib.
Yayımda səslə bağlı problemin yaşanmasına baxmayaraq, N.Paşinyan 4 dəqiqə 48 saniyə danışıb, lakin səsi qətiyyən eşidilməyib.
Canlı yayımın səssiz olduğunu yalnız 5 dəqiqə sonra anlayan N.Paşinyan yayımı dayandırıb və növbəti dəfə canlı bağlantı ilə qoşulub. Lakin ikinci – 2 dəqiqə 9 saniyə çəkən canlı yayımda da səssiz olub.
Daha sonra baş nazir hər iki canlı yayımı səhifəsindən silib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər