Parisdə 7 aylıq tətil - Yay Olimpiya Oyunları təhlükədə

Parisdə 7 aylıq tətil - Yay Olimpiya Oyunları təhlükədə

Parisin Avtonom Nəqliyyat İdarəsinin (RATP) əməkdaşları aşağı maaş və ağır iş şəraiti səbəbindən 7 aylıq tətil elan ediblər. 

Fanat.Az xəbər verir ki, bu barədə BFMTV Ümumi Əmək Konfederasiyasının (CGT) həmkarlar ittifaqının bəyanatına istinadən məlumat yayıb. 

Xəbərə görə, aksiya fevralın 5-dən sentyabrın 9-dək davam edəcək və beləliklə, 2024-cü il Yay Olimpiya Oyunları dövrünü də əhatə edəcək.

Tətildə RATP-nin bütün əməkdaşları iştirak edəcək.

Bundan əvvəl Parisin meri Ann Hidalqo Fransa paytaxtının nəqliyyat sisteminin Olimpiya Oyunlarına hazır olmadığını açıqlamışdı. Oyunlar zamanı nəqliyyatda gediş haqqı iki dəfə artacaq. O cümlədən, metroda bir gediş 2,1 avrodan 4 avroya yüksələcək.

Parisdə Olimpiya Oyunları iyulun 26-dan avqustun 16-dək keçiriləcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər