"Paris-2024"-ü bu kanalımız yerindən işıqlandıracaq - AÇIQLAMA

"Paris-2024"-ü bu kanalımız yerindən işıqlandıracaq - AÇIQLAMA

İki ay sonra start götürəcək Paris Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılarımızın çıxışını "CBC Sport" yayımlayacaq.

Bu barədə Fanat.Az-a kanalın baş redaktoru Şəmsəddin Abbasov məlumat verib. 

O, Fransada keçiriləcək nəhəng yarışa çəkiliş qurpunun yollanacağını bildirib: "Azərbaycan Gənclər və İdman Nazirliyinin dəvəti ilə "Paris-2024"-ə çəkiliş qrupumuz yollanacaq. Şərhçi kimi Fransaya mən gedəcəyəm". 

Qeyd edək ki, Paris Yay Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər