Paris-2024: Qaşım yarımfinala yüksəldi

Paris-2024: Qaşım yarımfinala yüksəldi

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Fanat.Az xəbər verir ki, 58 kq çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində ispaniyalı Adrian Visente ilə qarşılaşıb.

Rəqibinə ilk hissədə 11:5, ikinci yarıda 13:11 hesabı ilə qalib gələn Maqomedov yarımfinala yüksəlib. O, yarımfinalda italiyalı Vito Dellakvila ilə üz-üzə gələcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər