Paris-2024: Olimpiyaçılarımız Fransanın fəthinə başlayır

Paris-2024: Olimpiyaçılarımız Fransanın fəthinə başlayır

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Bu gün dünyanın gözü Parisdə olacaq. Belə ki, Fransanın paytaxtında dördilliyin nəhəng yarışı – Yay Olimpiya Oyunları start götürəcək. Fransa tarixində 6-cı dəfə Olimpiadaya qucaq açacaq. Paris isə 100 ildən (1900 və 1924-cü illərdən sonra 3-cü dəfə) sonra bu yarışa ev sahibliyi edəcək. Onu da əlavə edək ki, oyunlar Parisdən başqa, Le-İvelin, Sena və Marna, O-de-Sen, Sen-Denidı, futbol matçları Nant, Marsel, Bordo, Nitsa, Lion və Sent-Etyendə də baş tutacaq. Açılış mərasimi bu gün - iyulun 26-da, bağlanışı isə avqustun 11-də olacaq. Başqa sözlə, Olimpiya Oyunları ümumilikdə 17 gün davam edəcək.

İlklərlə yadda qalacaq Olimpiada

Paris-2024 Azərbaycanın Olimpiada tarixi üçün bir sıra ilklərlə də yadda qalacaq.

Əvvəla qeyd edək ki, müstəqillik illərində qatıldığımız 8-ci Yay Olimpiya Oyunlarında ölkəmiz 15 idman növü, 17 proqram üzrə 48 idmançı ilə təmsil olunacaq.  

Batut gimnastikası və basketbol 3x3 idman növlərində ilk dəfə təmsil olunacağıq. Daha bir yenilik Olimpiya Oyunlarında ölkəmizin ilk dəfə qadın badmintonçu ilə də təmsil olunmasıdır.

 

Paris-2024: Olimpiyaçılarımız Fransanın fəthinə başlayır

Ümumilikdə, komandamızın 48 idmançısından 28-i kişi, 20-si qadın idmançıdır. 38 nəfər üçün bu, ilk olimpiada olacaq. Əvəzində 7 nəfər 2-ci, 2 nəfər 3-cü, 1 nəfər isə 5-ci dəfə mötəbər yarışa qatılacaq. 

Olimpiada növləri və olimpiyaçılarımız

güləş – 12 

Əliabbas Rzazadə (sərbəst güləş) - 57 kq Hacı Əliyev (sərbəst güləş) – 65 kq Turan Bayramov (sərbəst güləş) – 74 kq Osman Nurmaqomedov (sərbəst güləş) – 86  Maqomedxan Maqomedov (sərbəst güləş) – 97  Georgi Meşvildişvili (sərbəst güləş) – 125  Mariya Stadnik (sərbəst güləş) – 50 kq Murad Məmmədov (yunan-Roma güləşi) – 60 kq  Həsrət Cəfərov (yunan-Roma güləşi) – 67 kq Sənan Süleymanov (yunan-Roma güləşi) – 77 kq Rafiq Hüseynov (yunan-Roma güləşi) – 87 kq  Sabah Şəriəti (yunan-Roma güləşi) – 130 kq 

cüdo – 9 

Balabəy Ağayev - 60 kq Yaşar Nəcəfov - 66 kq  Hidayət Heydərov - 73 kq  Zelim Tçkayev - 81 kq  Elcan Hacıyev - 90 kq  Zelim Kotsoyev - 100 kq  Uşanqi Kokauri - 100 kq+   Leyla Əliyeva - 48 kq  Gültac Məmmədəliyeva - 52 kq

gimnastika – 6 Zöhrə Ağamirova (fərdi) Güllü Ağalarzadə (komanda) Ləman Əlimuradova (komanda) Zeynəb Hümmətova (komanda) Yelizaveta Luzan (komanda) Darya Sorokina (komanda)

boks – 5

Nicat Hüseynov – 51 kq Malik Həsənov – 63,5 kq Murad Allahverdiyev – 80 kq Alfonso Dominqes – 92 kq  Məhəmməd Abdullayev – 92 kq +

basketbol (3X3, komanda) – 4 

Aleksandra Molenhauer Dina Ulyanova Tifani Heys Mersedes Volker

badminton – 2 

Keişa Fatimə Zəhran  Edi Reski Dviçayo

üzgüçülük – 2 

Məryəm Şeyxəlizadəxangah  Ramil Vəlizadə

Batut gimnastikası – 1 

Selcan Mahsudova 

taekvando – 1

Qaşim Maqomedov - 58 kq 

kamandan oxatma – 1 

Yaylagül Ramazanova

atletika (çəkicatma) – 1 

Anna Skidan 

güllə atıcılığı – 1 

Ruslan Lunyov 

avarçəkmə - 1 

Diana Dımçenko

triatlon – 1

Rostislav Pevtsov

qılıncoynatma – 1

Anna Başta

 

Azərbaycanın Paris-2024-də iki bayraqdarı olacaq. İyulun 26-da keçiriləcək açılış mərasimində bu funksiyanı qadın cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev yerinə yetirəcəklər. 

 

Paris-2024: Olimpiyaçılarımız Fransanın fəthinə başlayır

Azərbaycan idmançıları Olimpiya Oyunlarında mübarizəyə iyulun 25-də kamandan oxatanımız Yaylagül Ramazanovanın çıxışı ilə start verib. Ramazanova sıralama turunda 39-cu yeri tutub. O, 720 mümkün xaldan 647-ni toplamaqla mövsümdə ən yaxşı nəticəsinə imza atıb. İdmançımız 1/32 final görüşünə iyulun 30-da çıxacaq.

Olimpiadada son nöqtəni isə sərbəst güləşçilərimiz Hacı Əliyev və Maqomedxan Maqomedov qoyacaqlar.

Olimpiada tarixindən seçmələr

* Azərbaycan indiyədək Olimpiya Oyunlarında 49 medal qazanıb.

Paris-2024: Olimpiyaçılarımız Fransanın fəthinə başlayır

* Əvvəlki 7 Olimpiadada Azərbaycan 7 çempionluq yaşayıb, 14 gümüş və 28 bürünc əldə edib.

* Azərbaycan əvvəlki 7 Olimpiadada 19 növdə təmsil olunub.

* Azərbaycan 7 Olimpiadada 7 növdə medallar qazanıb.

* Azərbaycanın ilk Olimpiya medalını 1996-cı ildə Atlantada sərbəst güləşçi Namiq Abdullayev qazanıb.

* Olimpiadalarda ən çox medal qazanan Azərbaycan idmançısı Mariya Stadnik 2 gümüş və 2 bürünc əldə edib.

* Azərbaycan yığmasının 7 çempionluğunun yarıdan çoxu – 4-ü güləşdə əldə olunub.

* Azərbaycan indiyə qədər 4 növdə - güləş, atıcılıq, cüdo və taekvondoda qızıl qazanıb.

* Azərbaycan ilk qızıl medallarını Sidney-2000-də əldə edib. Namiq Abdullayev güləş, Zemfira Meftəhətdinova atıcılıqda fərqlənib.

* Azərbaycan millisi London-2012-də daha uğurlu çıxış edib: 2 qızıl, 2 gümüş, 5 bürünc.

* Azərbaycan Rio-2016-da daha çox – 18 medal qazanıb: 1 qızıl, 7 gümüş, 10 bürünc.

* Azərbaycan ən çox – 56 idmançı ilə Rio-2016-da iştirak edib.

Mirağa Mirzəyev

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Paris-2024: Olimpiyaçılarımız Fransanın fəthinə başlayır

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər