Paris-2024: Milli bayraqdarsız qaldı

Paris-2024: Milli bayraqdarsız qaldı

Azərbaycan daha bir cüdoçusu Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Fanat.Az xəbər verir ki, Gültac Məmmədəliyeva uğursuz çıxış edib.

52 kq çəki dərəcəsində çıxış edən Gültac 1/16 final mərhələsində Anjelika Delqado ilə üz-üzə gəlib. ABŞ-ni təmsil edən 33 yaşlı Anjelika əlavə vaxtda qızıl 1 xal qazanaraq 1/8 finala yüksəlib və nəticədə Məmmədəliyeva mübarizəni başa vurub. 

Xatırladaq ki, Azərbayan Olimpiadada 9 cüdoçu ilə təmsil olunur və artıq 4-ü mübarizəni dayandırıb. Qadınlardan hər 2-si yarışdan kənarda qalıb və onlardan Gültac Paris-2024-də bayraqdarlarımızdan biri idi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər