Paris-2024: Həsrət "bürünc" uğrunda güləşəcək

Paris-2024: Həsrət "bürünc" uğrunda güləşəcək

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, 67 kq çəki dərəcəsində yarışan idmançı yarımfinalda Ukraynanı təmsil edən Azərbaycan əsilli güləşçi Pərviz Nəsibovla üz-üzə gəlib.

Nəsibov sonuncu xal prinsipinə (3:3) əsasən finala yüksəlib.

Cəfərov sabah bürünc medal uğrunda güləşəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər