"Roma"nın baş məşqçisi Joze Mourinyu Avropa Liqasının 4-cü turunda "Betis"lə keçirilən oyunun (1:1) nəticəsini şərh edib.
Fanat.Az xəbər verir ki, "Sky Sport Italia"ya danışan portuqaliyalı çalışdırıcı hücumçular Temmi Abraham və Andrea Belottini tənqid edib.
“Bu, fəlakət idi. Abraham və Belotti ilk yarıda faciəvi oynayırdılar. Onlardan istədiklərimi ala bilmədim. Fasilədə paltardəyişmə otağından qırmızı qulaqlarla çıxdılar - ona görə ki, onlara qışqırmışdım. İkinci hissədə vəziyyət yaxşılaşdı və bu, təkcə nəticə ilə bağlı yox, onların oyuna münasibətində, qarşılıqlı anlaşmasında özünü göstərdi.
Bu matçda böyük təzyiq altında oynadıq. Bizim üçün bu, qrup mərhələsinin yox, pley-offun oyunu idi. Məğlub olsaq, mübarizədən çıxacaqdıq. “Roma”nın çoxlu zədəliləri, cəzalısı, yorğun oyunçusu var. Əvəzində möhkəm, yenilənmiş bir komandaya qarşı oynadıq.
Amma iradə sayəsində ikinci hissədə oyunun səviyyəsini yüksəltdik və həyati vacib xal qazandıq. Qarşıda daha 2 oyun var. Onları qazanmasaq, yarışı tərk edəcəyik. Amma yaxşıdır ki, taleyimiz başqasının deyil, öz əlimizdədir”.
Qeyd edək ki, Avropa Liqasının 4 turundan sonra “Roma” 4 xalla C qrupunda 3-cü yerdədir. "Ludoqorets"in 7, "Betis"in isə 10 xalı var.
Mirağa