Ozan Kabak icarə əsasında formasını geyindiyi "Liverpul"da qalmaq istəyir.
Fanat.Az xəbər verir ki, türk futbolçu "The Times" nəşrinə açıqlamasında belə danışıb: "Yurgen Klopp kimi məşqçi və bir çox ulduz futbolçu ilə çalışdım. Onlarla məşq etmək inkişafım baxımından çox şey deməkdir. Əlbəttə, qalmaq istəyirəm. Yurgenlə hələ gələcəyim barədə danışmamışıq. Növbəti mövsüm harda olacağımı görəcəyik. Hadisələrin sonrakı inkişafından asılı olmayaraq, klubdakı hər kəsə mənim üçün etdiklərinə görə təşəkkür edirəm".
Qeyd edək ki, müqavilə ilə "Şalke"yə məxsus olan Kabak yanvardan icarə əsasında "Liverpul"da oynayır.
Fanat.Az