Ozan Canın komandası itkisiz irəliləyir

Ozan Canın komandası itkisiz irəliləyir

Futbol üzrə Niderland birinci divizionunda 3-cü turun oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Helmond”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.   Ozan Can oyuna start heyətdə başlayıb və 68-ci dəqiqədə əvəzlənib.   3 oyuna 9 xal toplayan “Eyndhoven” 20 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər