Hollandiyanın gücünə görə ikinci çempionatında - Jupiler Liqada 25-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, U-21millimizin üzvü Ozan Can Kökçünün şərəfini qoruduğu "Valveyk” də növbəti matçına çıxıb. "Kambur”la ev oyununda qolsuz heç-heçəyə razılaşan "Valveyk”in çalışdırıcısı Kökçünün xidmətinə ehtiyac duymayıb. Yığmamızın "milliləşdirilmiş” futbolçusu sonadək ehtiyatda qalıb. Qeyd edək ki, Ozan Canın komandası 23 xalla 20 iştirakçı arasında 18-ci yerdədi.
Fanat.Az