"Oyunlar azarkeşlərsiz keçiriləcək. Televiziya üçün köhnə, gözəl günlər qayıdır" - Tramp

"Oyunlar azarkeşlərsiz keçiriləcək. Televiziya üçün köhnə, gözəl günlər qayıdır" - Tramp
ABŞ prezidenti Donald Tramp peşəkar idman liqalarının gələcəyi ilə bağlı danışıb.
Fanat.Az "The Score"yə istinadən xəbər verir ki, Tramp çempionatların bərpasından sonra oyunların bir müddət tamaşaçılarsız keçiriləcəyini bildirib:
"Liqaların əksəriyyəti azarkeşlərsiz keçiriləcək. Ancaq telekanallar vasitəsilə oyunları izləmək mümkün olacaq. Televiziya üçün köhnə, gözəl günlər qayıdır.
Əvvəlcə belə olacaq, zaman keçdikcə azarkeşlər tribunalardakı yerlərini alacaqlar. Bəlkə, ilk başda aralarında iki oturacaq məsafə olacaq. Amma müəyyən müddət sonra yenidən arenaların dolmasını planlaşdırırıq.
Virus bitdikdən sonra arenalarımız dolacaq. İdman zamanla əvvəlki formasına dönəcək. Qısası, müəyyən müddət sonra hər şey qaydasına düşəcək".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər