Oyunda "evlilik təklifi": Hər şey bir sillə ilə bitdi - VİDEO

Oyunda "evlilik təklifi": Hər şey bir sillə ilə bitdi - VİDEO

Amerika beysbol liqasında Boston və Toronto komandaları arasında keçirilən matç geniş auditoriya qarşısında qəribə "evlilik təklifi"nə cəhdi ilə yadda qalacaq.

Fanat.Az xəbər verir ki, azarkeşlərdən biri sevgilisinin qarşısında diz çöküb və ona... üzük şəklində konfet verib. Oğlandan real evlilik təklifi gözləyən qızın reaksiyası şiddətli olub. O, sevgilisinin üstünə içki töküb və ona şillə vuraraq nümayişkaranə şəkildə tribunadan çıxıb. 

Bu uğursuz təklifin (yaxud xoşagəlməz zarafatın) videosu sosial şəbəkələrdə hitə çevrilib:   

Mirağa

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər