Oyunçu satışından ən çox qazanan klub müəyyənləşdi - "5-lik"

Oyunçu satışından ən çox qazanan klub müəyyənləşdi - "5-lik"

"Transfermarkt" son 10 ildə futbolçu satışından ən yaxşı gəlir əldə edən klubların reytinqini tərtib edib. 

Fanat.Az xəbər verir ki, bu baxımdan lider Portuqaliyanın "Benfika" klubu olub. 

"Qartallar" bu müddət ərzində transferlərdən 743 milyon avro qazanıb.

“Ayaks” ikinci yeri tutub. Niderland klubunun gəliri 483 milyon avro təşkil edib. İlk "üçlüy"ü 463 milyon avro ilə “Zalsburq” qapayıb.

İlk "beşliy"ə həmçinin "Lill" (380 milyon avro) və "Sportinq" (369 milyon) klubları daxil olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər