"Oslo Esports Cup": Məmmədyarov Niderland şahmatçısına qarşı

"Oslo Esports Cup": Məmmədyarov Niderland şahmatçısına qarşı

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun üçüncü mərhələsində bu gün növbəti görüşünü keçirəcək.

Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster "Oslo Esports Cup"ın beşinci turunda niderlandlı Aniş Giri ilə üz-üzə gələcək. 

Məmmədyarov ilk turda vyetnamlı Le Kuanq Lyemə qalib gəlib, ardınca isə müvafiq olaraq hindistanlı Rameşbabu Praqnanandhaya, Kanada təmsilçisi Erik Hansenə və polşalı Yan-Kşiştof Dudaya uduzub.

Təcrübəli şahmatçı hazırda 4 xalla 7-ci pillədə qərarlaşıb. Sıralamaya 9 xalla Karlsen və Praqnanandha başçılıq edir.

Qeyd edək ki, 8 qrossmeysterin qatıdığı və dairəvi sistem üzrə 7 turdan ibarət turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.

"Oslo Esports Cup" V tur

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Aniş Giri (Niderland) Yorden Van Forest (Niderland) - Maqnus Karlsen (Norveç) Le Kuanq Lyem (Vyetnam) - Yan-Kşiştof Duda (Polşa) Rameşbabu Praqnanandha (Hindistan) - Erik Hansen (Kanada)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər