"Oslo Esports Cup": Məmmədyarov Karlsenlə üz-üzə

"Oslo Esports Cup": Məmmədyarov Karlsenlə üz-üzə

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun üçüncü mərhələsində bu gün son görüşünü keçirəcək.

Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster "Oslo Esports Cup"ın axırıncı - VII turunda Karlsenlə üz-üzə gələcək.

Məmmədyarov ilk turda vyetnamlı Le Kuanq Lyemə, beşinci və altıncı turlarda isə  Niderland şahmatçılarına - müvafiq olaraq Aniş Giriyə və Yorden van Forestə qalib gəlib. O, 2, 3 və 4-cü turlarda hindistanlı Rameşbabu Praqnanandhaya, Kanada təmsilçisi Erik Hansenə və polşalı Yan-Kşiştof Dudaya uduzub. 

Təcrübəli şahmatçı hazırda 8 xalla 6-cı pillədə yer alıb. Sıralamaya 12 xalla Karlsen başçılıq edir. İkinci pillədəki Praqnanandha da onunla eyni sayda xal toplayıb.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 210 000 ABŞ dollarıdır.

"Oslo Esports Cup" VII tur

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Maqnus Karlsen (Norveç) Le Kuanq Lyem (Vyetnam) - Yorden van Forest (Niderland) Erik Hansen (Kanada) - Yan-Kşiştof Duda (Polşa)

Rameşbabu Praqnanandha (Hindistan) - Aniş Giri (Niderland)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər