"Oslo Esports Cup": Məmmədyarov Kanada şahmatçısına qarşı

"Oslo Esports Cup": Məmmədyarov Kanada şahmatçısına qarşı

Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun üçüncü mərhələsində növbəti görüşünü keçirəcək.

Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster "Oslo Esports Cup"ın üçüncü turunda kanadalı Erik Hansen ilə üz-üzə gələcək.

Məmmədyarov ilk turda vyetnamlı Le Kuanq Lyemə qalib gəlib (2,5:1,5), ardınca isə Hindistan təmsilçisi Rameşbabu Praqnanandhaya uduzub (0,5:2,5).

Qeyd edək ki, 8 qrossmeysterin qatıldığı və dairəvi sistem üzrə 7 turdan ibarət turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.

"Oslo Esports Cup" III tur

Erik Hansen (Kanada) - Şəhriyar Məmmədyarov (Azərbaycan) Aniş Giri (Niderland) - Maqnus Karlsen (Norveç) Yorden Van Forest (Niderland) - Yan-Kşiştof Duda (Polşa) Rameşbabu Praqnanandha (Hindistan) - Le Kuanq Lyem (Vyetnam)

Sahib  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər