Osimhen şəxsi səbəbdən bu kluba satılmasını istəyir

Osimhen şəxsi səbəbdən bu kluba satılmasını istəyir

İtaliyanın "Napoli" klubunun hücumçusu Viktor Osimhen şəxsi səbəbdən İtaliyanı tərk etməyi planlaşdırır.

Fanat.Az xəbər verir ki, bu iddia "Sport1"ə məxsusdur.

Xəbərə görə, nigeriyalı forvard onu sıralarına cəlb etməyi hədəfləyən "Bayern Münhen"ə keçməkdə israrlıdır. Mənbə Osimhenin sevgilisinin doğulub böyüdüyü Almaniyaya qayıtmağı arzuladığını və futbolçunun qərarına bu amilin xüsusi təsir etdiyini vurğulayıb.

Qeyd edək ki, artıq İngiltərənin iki klubu - "Mançester Yunayted" və "Çelsi" Viktorun agenti ilə əlaqə saxlayıb. Cari mövsüm "Napoli" forması ilə çıxdığı 30 matçda 25 qol vuran afrikalı forvardın potensial transfer qiyməti 100 milyon avrodur. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər