Orxanın komandasına divan tutdular

Orxanın komandasına divan tutdular
Azərbaycanlı yarımmüdafiəçi Orxan Qurbanlı futbol üzrə Moldova çempionatında növbəti matçına çıxıb.
 
Fanat.Az xəbər verir ki, onun formasını geyindiyi "Dinamo-Avto” bu gün ölkə çempionatının 33-cü turu çərçivəsində doğma meydanda "Şerif”lə üz-üzə gəlib.
 
Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:7. Orxan da bu görüşün iştirakçısı olub. O, 56-cı dəqiqədə meydana buraxılıb.
 
33 oyuna 41 xal yığan "Dinamo-Avto” 10 iştirakçı arasında 6-cı pillədə mövqe tutub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər