Orxan Qurbanlının komandası doğma meydanda uduzdu

Orxan Qurbanlının komandası doğma meydanda uduzdu
Azərbaycanlı yarımmüdafiəçi Orxan Qurbanlı futbol üzrə Moldova çempionatında növbəti matçına çıxıb.
 
Fanat.Az xəbər verir ki, onun formasını geyindiyi "Dinamo-Avto” bu gün ölkə çempionatının 32-ci turu çərçivəsində səfərdə "Sfintul George” ilə qarşılaşıb.
 
Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3. Orxan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib. Qurbanlı 58-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
"Dinamo-Avto” bu mövsüm Moldova çempionatında keçirdiyi 32 oyunda 41 xal toplayıb və 10 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər