Oğru Titeni həm qarət etdi, həm də qınadı

Oğru Titeni həm qarət etdi, həm də qınadı

Futbol üzrə Braziliya milli komandasının sabiq baş məşqçisi Tite vətənində qarət edilib. 

Fanat.Az xəbər verir ki, bu barədə "Globo" məlumat yayıb.

Oğurluq hadisəsi Barrada qəsəbəsində baş verib. Tite küçə ilə gedərkən oğru ona yaxınlaşaraq pul qabını məşqçidən alaraq qaçıb. Həmçinin, cinayətkar bu zaman onu Qətərdə keçirilən dünya çempionatında komandanın uğursuz çıxışına görə qınayıb.

Qeyd edək ki, Braziliya DÇ-2022-nin 1/4 finalında Xorvatiyaya uduzararaq mübarizəni dayandırıb - 1:1 (penaltilərdə 2:4).

Dünya çempionatını tərk etdikdən sonra Tite postundan  istefa verib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər