Operativ Qərargah: "İdman zallarının açılması müzakirə olunur"

Operativ Qərargah: "İdman zallarının açılması müzakirə olunur"
"İdman zallarında bir çox idman alətləri birgə istfifadə edilir”.
Fanat.Az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.
Y. Qarayeva deyib ki, idman zallarının açılması bu baxımdan mürəkkəbdir: "Ancaq bu məsələ də müzakirə olunur, metodiki göstərişlər üzərində iş aparılır”.
 
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə idman zallarının açılışı ilə bağlı sualı cavablandırarkən bildirib ki, bütün sahələrin fəaliyyəti mərhələli şəkildə bərpa olunacaq: "Sadəcə, bu proseslər mərhələli şəkildə olacaq. Ardıcıllığa riayət olunur, hamısı eyni vaxtda açıla bilməz”.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər