"Onun oyunçulara baxmağı, danışığı sadəcə, hörmətsizlik idi" - Neymar

"Onun oyunçulara baxmağı, danışığı sadəcə, hörmətsizlik idi" - Neymar
Braziliya millisinin hücumçusu Neymar Amerika Kuboku - 2021-in yarımfinal matçın idarə edən hakimdən gileylənib.

Fanat.Az xəbər verir ki, "America TV" ulduz oyunçunun çilili referi Roberto Tobar barədə söylədiklərini belə çatdırıb:

"Hakim özünü belə apara bilməz. İlk saniyədən onun yekəxana olduğunu hiss etdim. Oyunçulara baxmağı, danışığı sadəcə, hörmətsizlik idi. Bunu bütün futbolçular təsdiqləyər. Əlbəttə, o da insandır, səhv edə bilər. Amma Amerika Kubokunun yarımfinalına referi qismində təyinat alan biri özünü yekəxana aparmamalıdır".

Qeyd edək ki, 1/2 finalda Braziliya Perunu 1:0 hesabıyıa yenib. Matçdakı yeganə qolu oyunun 35-ci dəqiqəsində Neymarın möhtəşəm driblinqi və ötürməsindən sonra Lukas Paketa boş qapıya vurub.

Argentina və Kolumbiya iyunun 7-sində digər 1/2 final görüşünə çıxacaq.

Atilla

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər