"Onu ailəsinin gözü qarşısında döymək istəmədim" - Patris Evra

"Onu ailəsinin gözü qarşısında döymək istəmədim" - Patris Evra

Fransa millisinin və "Mançester Yunayted"in sabiq müdafiəçisi Patris Evra "Liverpul"da oynadığı zaman ona qarşı irqçilik etmiş Luis Suaresi döymək istədiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, "Daily Mail" Evranın söylədiklərini belə çatdırıb:

"Bir dəfə iki qardaşımla Mançesterdə gəzirdim. Qardaşlarımdan biri Suaresin bizdən bir qədər aralıda olduğunu söylədi. Əlimə fürsət düşdüyünə sevindim. Onun dalınca getdim. Amma yaxınlaşanda qızının və həyat yoldaşının yanında olduğunu gördüm. Ailəsinin gözü qarşısında ona nə isə edə bilməzdim. İndi buna görə çox şadam. Çünki hər şey pis qurtara bilərdi...

Açığı, onu hələ həmin insidentin baş verdiyi oyunda vurmaq istəmişdim. Əsəbi olsam da, qarşılaşmanı həm də uşaqların izlədiyini nəzərə alıb özümü saxladım... 2011-ci ildəki xoşagəlməz hadisədən 4 il sonra isə bir-birimizin əlini sıxdıq və hər şey normal vəziyyətə qayıtdı.

Suaresi bağışlamışammı? Hə, əlbəttə... Heç kim irqçi doğulmur. İş təhsildədir. Luisə qarşı nifrətim yoxdur. Onu irqçi adlandıra da bilmərəm. O qədər də yaxından tanımıram. Ancaq fakt budur ki, o vaxt məni təhqir etmişdi".

Xatırladaq ki, həmin olaya görə İngiltərə Futbol Assosiasiyası Suaresi cərimələmiş və 8 oyunluq diskvalifikasiya etmişdi. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər