Onlar Makronu yox, Mbappeni seçdi

Onlar Makronu yox, Mbappeni seçdi

Fransada prezidentliyə seçkilərin ikinci turu başa çatıb və Emmanuel Makron ardıcıl ikinci dəfə prezident seçilib.

Fanat.Az xəbər verir ki, seçki zamanı maraqlı hadisə yaşanıb. 

"Estrepublicain" nəşrinin yaydığı xəbərə görə, seçkidə iştirak edənlərdən 10 nəfər millinin və və PSJ-nin futbolçusu Kilian Mbappeyə səs verib.

Hadisə təxminən 400 nəfərin yaşadığı kiçik Talne kommunasında baş verib. Forvardın adının yazıldığı bülletenlərin keyfiyyətli olması aksiyanın əvvəlcədən planlaşdırıldığını göstərir.

Qeyd edək ki, Mpabbe prezidentliyə namizədliyini irəli sürmədiyindən səslər nəzərə alınmayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər